Müğənni Afaq:
Müğənni Afaq: "Məni sıxan hər şeylə vidalaşdım"

Səhnəyə gəldiyi gündən eyni obrazda olan gənc müğənni Afaq Aslan sözünə əməl etmədi.
İfaçı "heç vaxt qara saçlarımla vidalaşmaram" deməyinə baxmayaraq saçlarını boyadı. Lent.az-ın məlumatına görə, Afaq imici ilə yanaşı, şəxsi həyatında və repertuarında da dəyişiklik edib: "İstedadlı bəstəkar və hər kəsin yaxşı tanıdığı jurnalist Azər Nəsibovdan mahnı aldım.
Olduqca ritmik bəstədir. Mahnının xit olacağına iddialıyam. Ümumiyyətlə, repertuarımda xeyli dəyişiklik olacaq. Yeni mahnılar ifa edib, kliplər çəkdirəcəyəm. Hazırda yeni layihələr üzərində işləyirəm. Oxumaq, yaratmaq və yaşamaq istəyirəm. Bunun üçün də saçlarımla birgə, köhnə və məni sıxan hər şeyə, hər kəslə vidalaşdım. Eləcə də saçlarımla".