Nuru Paşanın Ağdam səfəri

Nuru Paşanın Ağdam səfəri
Araşdırmalar zamanı hansı maraqlı məqamlar üzə çıxdı?

Nuru Paşanın Azərbaycan tarixindəki müstəsna rolu danılmazdır. Lakin bu gün üçün xidmətin lazimi səviyyədə tədqiq edilməməsi təəssüf hissi doğurur. İstənilən halda 1918-ci ildə erməni separatçılarının Qarabağda yerli azərbaycanlı əhalisinə qarşı törətdikləri cinayətin üzə çıxarılmasının, həmçinin bu ərəfədə törədilmiş soyrıqırm faciələri haqqında geniş tədqiqatın aparılmasının vaxtı çoxdan yetişib. Söz yox ki, bu elm xadimlərinin vəzifəsi olsa da, hər birimiz bir vətəndaş olaraq ümumi işimizə öz töhvəmizi verməliyik...

Ağdamla baglı araşdırma apararkən bəzi maraqlı məqamlar üzə çıxdı. Ağdamın üç nəslinin təmsilçisinin məhz Nuru Paşanın Ağdama gəlişi ilə baglı maraqlı fikirlərini sizlərində diqqətinə çatdırmaq istərdik. Mir Məhəmməd Aga Müştehidzadə, Kərim bəy Qalabəyov və Əşrəf Əliyev nəslinin davamçıları olan Hafiz Sədrzadə, Nizami Sadıqov və Nadir Əliyevin söylədikləri qiymətli məlumatlar bu tarixi məqamlara aydınlıq gətirilməsində xüsusi rolu ola bilər.
İlk olaraq qeyd edim ki, Xasay bəy Usmiyevin evi Hindarxından gələndə sag tərəfdə Lenin küçəsində olan köhnə "pekarnı" ilə üzbəüz rayon statistika şöbəsinin əvvəlki iki mərtəbəli binası deyilsə də, o binanın Ocaqquluoğlunun evi olması dəqiqdir. 1918-ci ildə ermənilər Ağdama hücumlar təşkil edəndə şəhər sakinləri məhz orada mitinq keçiribmiş. Üçrəngli bayrağımızın ilk olaraq məhz bu bina üzərində dalğalanması da daha çox həqiqətə yaxındır. Mitinqdə Mir Məhəmmədağa Müştehidzadə çıxış edərək Türkiyəyə yardım üşün gedəcəyini bəyan edibmiş. Əvvəlcə Muşteidzadəni Türkiyədə qəbul etməsələrdə, sonradan Nuru Paşanın təkidi ilə görüş baş tutub. Mir Məhəməd ağa isə səfərə gedərkən özü ilə yaylıqda aparıbmış. Görüşdə "nə qədər qızıl pul lazımdırsa verək, bizə kömək elə Nuru Paşa" deməsi qarşı tərəfə pis təsir edir. "Biz pulla döyüşmürük ağa"- deyə cavab verib. Bu məqamda Mir Məhəmməd ağa qoynunda gizlətdiyi yaylığı çıxarıb- "bu Qarabag xanımlarının namusudur Nuru Paşa. Bu gün ermənilər bu namusu tapdalayırlar. Güzümüz çatmır, sizlərə ehtiyacımız var", - deyir. Ağa ilə bu dialoqdan sonra Nuru Paşa Qarabağa silhalı dəstləriylə köməyə gəlir. Dörd günə Zabuxdan girib, əvvəl Şuşaya, sonra Ağdama gəlir. Bu fikirləri bizimlə bölüşən Nadir Əliyev həmin dövrdə Ağdamın komendantının Kərim bəy olmasını təsdiqlədi. Kərim bəyin soyadının Qalabəyov olmasını isə dolayısı ilə təsdiqləsə də, digər həmsöhbət olduğum insanlar onun dəqiqliyin təsdiq etmədilər.
Ancaq Nuru Paşanın Ağdamdakı iqamətgahının məhz Sarhacılıda yaşayan Kərim bəyin evinin olması şəksizdir. Bunu uzun müddət hüquq-mühafizə orqanlarında, sonda isə Ağdam RİH başçısı işləmiş Nizami Sadıqovda bizimlə söhbətində təqdiqləmişdi. Kərim bəy əsilli koklü Ağdamlı idi.
Nizami Sadiqovun dediklərindən:
- Nənəm 1965-ci ildə 94 yaşında vəfat edib. O deyirdi ki, türklər Ağdama gələndə mənim qardaşım (nənəmin qardaşı) yaşayan ev Kərim bəyin evi idi. Kərim bəygil üç qardaş olub. Abbasqulu bəy, Əliqulu bəy. Kərim bəy çar hökumətinin general rütbəsinə qədər yüksəldiyi deyilir. Sonralar Kərim bəy Rusiyada yaşayıb, xidmət edib, orada da vəfat edib. Qəbri də hazırda Rusiyadadır. Kərim bəy general olandan sonra kənddə ev tikdiribmiş. Hüriyyət illərində ermənilər azərbaycanlılara qarşı soyqırım edəndə Mir Məhəmməd ağa buradan Türkiyəyə gedib, Osmanlı dövlətinə müraciət edib. Türklər bura müsəlmanlara köməyə gələndə onların qərargahı məhz həmin Kərim bəyin evində yerləşib. Kərim bəyin evi Ağdamda diş həkimi işləyən Tofiq həkimin evinin yanında idi. Atam Yəhya kişi deyirdi (o, 1907-ci il təvəllüd idi) ki, mənim o vaxt 7-8 yaşım olardı. Türk generalı məni öz faytonuna mindirərək, Qarahacı qəbristanlığınadək apardı. Deyirdi ki, mən at minəndə türk generalı məni görmüşdü. Atı necə cəld mindimsə, generalın xoşuna gəlmişdi. Elə səbəbdən məni özüylə birlikdə Qarahacı qəbristanlığının yanına apardı. Atdan düşüb qılıncını çıxardı. Ətrafda çoxlu toplar düzmüşdülər. Komandanın əmrini gözləyirdilər. Qılıncı endirən kimi toplar atəş açdı. Yarım saat topları doldurub atəş açdılar. Sonra xəbər verdilər ki, qoşunlar Əsgəranı artıq keçib, Şuşaya çatırlar, ermənilər isə qaçır...
Beləlikə, komandanlıq başda Nur Paşa olmaqla həmin döyüşlər zamanı Kərimbəyin evində qalmışlar. Nizami Sadıqov babasının ona danıdığı maraqlı iki məqamı da dilə gətirdi:
- Döyüşlərin qızğın vaxtında iki türk əsgəri Əhmədavarda olan üzüm baglarına çalıb - talamaq istəyrəkən babam Əli kişi hadisəni generala danışır: -Sizə nə qədər üzüm lazımdırsa, yığaq verək, əsgərlər üzüm tinglərini dağıtmasınlar. Türk generalının göstərişi ilə tənəkləri qırıb dağıtmış əsgərlərə ciddi cəza verilir...
-Türk generalı qaldıqları evin kirə pulunu da ödəmək istəyiblər. Balaxanım nənəm danışırdı ki, nə qədər dedik ki, lazım deyil, siz bizi ermənilərdən qurtarmısnız, razı olmadılar. General dedi ki, yox, biz bu pulu verməsək, qayıdanda bizi sərt cəza gözləyir. Komandanlıq deyəcək ki, bəs harada qalmısız ki, kirayə pulu verməmisiz...
Qeyd edək ki, Kərim bəyin evi səkkiz otaqlı olmaqla, divarın qalınlığı 1,2 metr təşkil edirmiş. Yayda elə sərin olurmuş ki, elə bil kondisioner işləyir. Evin adi pud daşdan tikildiyi deyilir. Hörgüdə qara daşdan da istifadə olunubmuş....
Həmsöhbət oldugum şəxslər belə bir məqamı da qeyd etdilər ki, Azərbaycanın üçrəngli bayrağını Nuru Paşa qərargah etdiyi Kərim bəyin evinin üzərində ucaldılması da real səslənir.
Nəticə olaraq deyə bilərik ki, yuxarı da söylənilən fikirlər ehtimal olsa da, daha çox həqiqətə uygun olması da danılmazdır. Odur ki, bu gün söylənilən məqamların daha dərindən araşdırılmasına ehtiyac vardır...

Vüqar Tofiqli