Bakıda qadın başından güllələnib

Bakıda qadın başından güllələnib.Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, mayın 18-də Suraxanı rayonu Əmircan qəsəbəsinin ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sergey Manquşev xuliqanlıq zəminində özünə məxsus ov tüfəngindən atəş açaraq, həmyerlisi Sevda Yusif qızı Səfixanovaya baş nahiyəsindən yüngül xəsarət yetirib.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən S.Manquşevdən ov tüfəngi götürülüb.