Mədənimüxtəlifliliyin qorunmasında III sektorun rolu
Mədənimüxtəlifliliyin qorunmasında III sektorun rolu

Niyaz Niftiyev: "Bəziləri "Milli azlıqlar" adı altında qruplar yaradaraq və yaxud da fərdi şəkildə milli azlıqların "problemlərini" ictimailəşdirirlər"

Bu gün ölkəmizdə yaşayan milli azlıqlar öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hal-hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Onların arasında "Birlik" cəmiyyəti, Rus icması, Slavyan mədəniyyət mərkəzi, Azərbaycan-İsrail icması, Ukrayna cəmiyyəti, Kürd mədəni mərkəzi "Ronai", "Samur" ləzgi milli mərkəzi, Azərbaycan-Slavyan mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi, Azərbaycan-tatar cəmiyyəti, Tatar mədəniyyət cəmiyyəti "Turqan-tel", Tatar mədəniyyət mərkəzi "Yaşlıq", Krım tatarları cəmiyyəti "Krım", gürcü cəmiyyəti, Azərbaycan gürcülərinin humanitar cəmiyyəti, İngiloy icması, Çeçen mədəniyyət mərkəzi, Axısxa türklərinin "Vətən" cəmiyyəti, Axısxa türk qadınlarının "Sona" cəmiyyəti, Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, Gürcü yəhudi icması, Yəhudilərin qadın humanitar assosiasiyası, "Kapelhaus" alman mədəniyyət icması, Udi mədəniyyət mərkəzi, Polyak mədəniyyət mərkəzi "Polonia", Beynəlxalq Talış assosiasiyası "Mada", Talış assosiasiyası "Avesta", Udin mədəniyyət mərkəzi "Orain", "Buduq" mədəniyyət mərkəzi, Saxur mədəniyyət mərkəzi. Milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət göstərir. Məsələn, Qusar rayonunda Ləzgi, Qax rayonunda isə Gürcü Dövlət teatrları, Astara və Lənkəran rayonlarında Talış folklor qrupları fəaliyyət göstərir. Milli QHT Formundan Unikala verilən məlumata görə, dövlət bu qurumları imkan dairəsində ölkə büdcəsindən və Prezident fondunun hesabına maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir: "Milli azlıqların cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakları Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. Bütün bunlarla yanaşı milli azlıqların icmalarının əksəriyyəti Milli QHT Forumunda təmsil olunurlar. Ümumiyyətlə, milli azlıqlar, etnik qruplar Azərbaycanda vətəndaş cəmiyyətinin də daimi diqqətindən olub. Ölkəmizdə fəaliyyət gösətərən müxtəlif QHT-lər daimi onlarla bağlı layihələr həyata keçirirlər. Bu baxımdan Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etiyi maliyyə yardımı müsabiqəsindən tolerantlıq, milli azlıqların mədəni irsinin qorunması, onların seçkilərə təşviq olunması və s. istiqamətlərdə də layihələr keçir.Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır.Hüquqi dövlət quruculğu sahəsində ilkin addımlarını atan ölkənin qarşısında bir çox problemlər durmaqdadır. Bu problemlərdən biri də vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan dini etiqad azadlığına nail olmaqdır. Bildiyimiz kimi, Azərbaycan dənyəvi dövlətdir. Bununla yanaşı ölkədə məxtəlif dini etiqada malik vətəndaşlar yaşayır. Ölkə Konstitusiyası və qanunvericiliyi dini etiqat azadlığını təmin edir. Yəni hər bir kəs dinə münasibətini məstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Azərbaycan məstəqillik əldə etdikdən sonra dini etiqad azadlığı istiqamətində müəyyən uğurlar əldə edib. Bu gün ənənə halına gələn tolerantlıq Azərbaycanın milli sərvəti olaraq qəbul edilir. Ölkədə formalaşmış tolerantlıq və ya dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən müsbət ənənələrdən biridir. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini
etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Bundan əlavə, Azərbaycandakı onlarla milli, dini və başqa azlıqlar azlıq olduqları üçün problemlərlə rastlaşmır. Bütün saydıqlarımız Azərbaycanın tolerant ölkə xarakterizə etməyə imkan verir. Dəfələrlə QHT-lərin layihələrində etnik qrupların mədəni irsinin qorunması, ana dilində ibtidai təhsil, radio verlişlərinin hazırlanması, etnik qrupların yaşadığı ərazilərdə məkan adlarının qorunub sazlanması və mədəniyyətinin inkişafı müzakirələrdə əsas mövzular olub.Azərbaycanda yaşayan ayrı-ayrı xalqların, etnik qrupların mədəniyyətinin qorunması,hüquqlarının müdafiəsi məqsədi ilə yaradılmış QHT-lər mövcuddur. Ölkədə bütün insanların(irqindən, dinidən, milli mənsubiyyətindən və s. asılı olmayaraq) bərabər hüquqlara malik olması səbəbindən, etnik və milli zəmində əmin-amanlığın mövcud olduğuna görə bu təşkilatlar, əsasən maraqlarını müdafiə etdikləri xalqların, etnik qrupların milli mədəniyyətinin, folklorunun, adətənənələrinin qorunub saxlanması istiqamətində fəaliyyət göstərirlər. Məsələn: AzərbaycandaYəhudi Qadınların Humanitar İctimai Birliyi, Rus Mədəniyyət Mərkəzin misal çəkmək olar".
"Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev isə milli azlıqlarla bağlı QHT-lərin fəaliyyətinin önəmli olduğunu söyləyir: "Əlbəttə, müasir zamanda Azərbaycan reallıqlarından biri də əhalisinin çoxmillətli və çox konfessiyalı tərkibidir. Bildiyiniz kimi, Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan milli azlıqlardan ibarətdir. Təkcə paytaxt Bakıda iyirmidən artıq müxtəlif mədəni mərkəz və bir sıra başqa milli icmalar fəaliyyət göstərir. QHT olaraq monitorinqlər aparırıq və aydın olur ki, bu gün bəzi mətbuat orqanlarında və xüsusən də sosial şəbəkələrdə Azərbaycanda milli azlıqların inkişafı sahəsində heç bir işin aparılmadığı barədə yanlış informasiyalar yayılır. Bəziləri "Milli azlıqlar" adı altında qruplar yaradaraq və yaxud da fərdi şəkildə milli azlıqların "problemlərini" ictimailəşdirirlər. Bu da nəticədə cəmiyyətdə dövlətin milli azlıqlara qayğı göstərməməsi təəssüratı yaradır. Biz QHT olaraq bu yanlış təbliğata qarşı adekvat addımlar atırıq. Amma onu da etiraf edək ki, Azərbaycanda yaşayan xalqların mədəniyyətini, incəsənətini inkişaf və təbliğ etdirmək, qoruyub yaşatmaq məqsədilə dövlətin hazırlayıb həyata keçirdiyi bir çox işlər kifayət qədər ictimailəşdirilmir. Təəssüf ki, bu etnosların sosial-mədəni inkişafı istiqamətində dövlət siyasəti bu günə qədər layiqincə ictimailəşdirilməyib, geniş işıqlandırılmayıb. Bu da yuxarıda qeyd etdiyim kimi, ölkədə bu kimi xalqlardan ötrü dövlətin heç bir iş görməməsi anlamına gəlir. Amma əslində həqiqət belə deyil. Buna görə də bu problemin tədqiqi təkcə dövlətin deyil, həm də vətəndaş cəmiyyətinin - QHT-lərin prioritet mövzusu olmalıdır. QHT olaraq biz də cəmiyyətin bu və ya digər istiqamətlərdə maarifləndirilməsinə səy göstərməyə çalışırıq".