Azərbaycanlılar Rusiyada
Azərbaycanlılar Rusiyada

Samid Ələkbərov: Azərbaycanlılar bütün sahələrdə tanınmağa başlayırlar

Bacarıqlı Azərbaycan cərrahı, Moskva şəhər 67 saylı kliniki xəstəxananın şöbə müdiri, "Rusiya hamı üçün" portalının müxbirinə özünün Rusiyadakı həyatı və karyerasi haqda danışdı.
- Samid müəllim, necə oldu ki, Siz cərrah oldunuz? Niyə ancaq həkim ixtisasını seçdiniz?
- Uşaq yaşlarından məndə mühəndis ixtisasına həvəs vardı. Amma anam çox istəyirdi ki, mən həkim olum. Onun xətrinə dəyməsin deyə, mən tibb İnstitutuna qəbul oldum, sonra aydın oldu ki, mənə həyatda ən yaxın olan insan düz deyirmiş.
Tibb - mənim özümü tapacağım sahə imiş. Bakı şəhər Onkologiya Dispanserində internatura keçdikdən sonra 1988-1994-cü illərdə Masallı rayon Mərkəzi Xəstəxanasında onkoloq işlədim. O vaxtdan mənim həyatım həkimlik ixtisası ilə bağlandı.
Sonra SSRİ Elmlər Akademiyasının - cərrahiyyə üzrə ümumittifaq elmi mərkəzinin ordinaturasına daxil oldum və namizədlik dissertasiyası müdafiə etdim. 2000-ci ildən ikinci cərrahiyyə şəbəsinə rəhbərlik edirəm. Keçən ilin iyun ayında mənim doktorluq dissertasiyam yoxlamadan (aprobaüiə) keçdi, tezliklə müdafiə edəcəyəm. Bu gün mən inamla deyə bilərəm ki, məşğul olduğum iş mənim ən çox sevdiyim işdir.
- Rusiyaya ilk gəldiyiniz günü necə xatırlayırsınız? Həmin gün nə ilə yadda qalıb?
- Mən Moskvaya 1988-ci ildə gəlmişəm. Uzun müddət, yayda belə günəşsız günlərin olmasına alışa bilmirdim. Meqapolisdə (Böyük şəhərdə) insanların bir-birinə münasibəti məndə mədəni şok yaratmışdıı. Onlar həmişə diqqəti özündə (bütün diqqətini toplamış vəziyyətdə) harasa tələsirlər, kiçik şəhərdəkinə nisbətən az ünsiyyətcildirlər.
- Siz ilk əvvəl hansı çətinliklərlə üzləşdiniz? İxtisasınız üzrə tezmi iş tapdınız?
- Mənim qarşılaşdığım ilk problem qeydiyyata düşmək və yaşayış yeri oldu. Ancaq ordinaturanı 67 saylı Moskva Şəhər Klinik Xəstəxanasında keçdiyim üçün mən asanlıqla ora işə düzəldim və bu günə qədər də orada işləyirəm.
- Siz milli zəmində hər hansı xoşagəlməz hadisələrlə üzləşmisinizmi?
- Azərbaycanlıların böyük bir hissəsi bazarlarda xırda bizneslə məşğul idilər. Onlar əsasən kənddən gəlmişdilər və yerli əhali ilə münasibət qurmaqda çətinlik çəkirdilər, özlərini lazimı qaydada apara bilmirdilər. Bu da mənim həmyerlilərim haqda yerli əhalidə mənfi təəsürat yaradırdı.Lakin zaman keçdikcə vəziyyət yaxşı istiqamətdə dəyişdi, o vaxt bazarda dayananlar indi böyük mülkiyyət sahibləridir. Bundan başqa, biz bütün sahələrdə tanınmağa başlamışıq. Bu istər mədəniyyət, istər şou-biznes və istərsədə işgüzar sahələr olsun.
Mən öz ixtisasıma minnətdaram, çünki bu sahədə mehribançılıq, diqqət, peşəkarlıq, insanlarla özünü aparmaq qabiliyyəti yüksək qiymətləndirilir. Bütün bu xüsusiyyətlər mənim əhatəmdəki insanlarla qarşılıqlı münasibətlərimdə əsasdır.
Mənə qarşı münasibət həmişə yaxşı olub, mənim müxtəlif çinli məmurlar, hüquq-mühafizə orqanları işçiləri, artistlər, jurnalistlər arasında çoxlu dostlarım var. Çətin anlarda onlar həmişə mənim köməyimə gəlirlər. Mən öz Vətənimi çox sevirəm, fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən Rusiyaya minnətdaram, çünki o mənə Moskvada işləmək və yaşamaq imkanı vermişdir.
- Yeni qanuna görə bütün xaricdən gələn vətəndaşların şəhadətnaməsi olmalıdır. Siz Rusiyada xaricilərin həyat və məişəti ilə taniş olan tibb işçisi və bir insan kimi deyə bilərsinizmi, bu qanunun qəbulundan sonra xaricilər üçün nə sə dəyişəcəkmi?
- Əgər xarici vətəndaşların sığorta şəhadətnaməsi olsa, bu həm həkimləri, həm də vətəndaşların işlərini yüngülləşdirər. Ona görə ki, əməliyyatdan sonrakı müalicə üçün çoxlu problemlər meydana çıxır. Axırıncı illər bizə tez-tez xarici vətəndaşlar müraciət edir, hansı ki, rəsmən Moskvada işləyir və söğorta şəhadətnaməsi vardır. Hər il təkcə bizim şöbədə təcili yardıma ehtiyacı olan yüzlərlə xarici vətəndaş müalicə olunur. Onların hamısına təcili cərrahiyyə yardımı pulsuz göstərilir. Xaricilərin müalicəsi üçün şöbə heç bir sığorta pulu almır.
- Şəxsi təcrübənizdən deyə bilərsinizmi, xarici mütəxəssislərə Rusiyanın tibb müəssisələrində işə düzəlmək nə dərəcədə çətindir?
- Mənim fikrimcə axır vaxtlar xarici mütəxəssislərin dövlət tibb müəssisələrində işə düzəlməsi çətinləşmişdir. Bu çox faktorlarla (maddələrlə) əlaqədardır. Ona əvvəl diplomunu təsdiq etdirmək lazımdır, bundan başqa, axır illər milli (postsovet) respublikalarında rus dilini yaxşı bilən gənclərin sayı sürətlə azalmaqdadır.
Şərait bir də ona görə çətinləşir ki, hər il cərrahiyyə təcrübəsində yüksək texnoloji əməliyyatların sayı artır, bununla əlaqədar bir çox tibb müəssisələri işə yüksək ixtisaslı mütəxəssisləri qəbul edirlər.
Fuad