Azərbaycan Fransa və Rusiya ilə hərbi-texniki məsələləri müzakirə etdi
Azərbaycan Fransa və Rusiya ilə hərbi-texniki məsələləri müzakirə etdi

"Bakı Ekspo Mərkəzi"ndə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq İnkişaf direktorluğunun nümayəndəsi general-mayor Jan-Kristov Nuronu qəbul edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Fransa arasında qarşılıqlı maraq doğuran hərbi və hərbi-texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye də iştirak edib.
Həmin gün Z.Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin İdarə rəisi Vladimir Artemyevi qəbul edib.
Görüşdə Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.