"Gunpress.az" gəlir
Zaur Əhməddən iddialı açıqlama

Həftənin üçüncü günündən Azərbaycanın internet mediasına yeni sayrt daxil olur. Belə ki, uzun illər "Reytinq" qəzetində və mia.az saytında çalışan peşəkar jurnalist Zaur Əhməd "Gunpress.az" saytı təsis edib.
Sayt bolluğunda yeni bir saytın meydana gəlməsi hansı zərurətdən yarandı sualına cavabında Zaur Əhməd bildirdi ki, sayt bolluğu olsa da, əslində, bu sahədə ciddi boşluq var: "Təsəvvür edin, bu gün Azərbaycanda 40 min jurnalistin olduğu və 8 mindən də çox qəzetin qeydiyyatdan keçdiyi söylənilir. Amma reallıqda bir peşəkar kollektiv formalaşdırmaq üçün kadr qıtlığı var. Çünki 40 min jurnalistin 39 mini sadəcə olaraq reketdir. Eləcə də saytları götürsək, bu gün Azərbaycanda 4-5 peşəkar sayt var. Yerdə qalanlar isə reket qəzetçiliyin elektron variantını yaradanlardır. Buna görə meydanda ciddi boşluq var və bu boşluğa biz iddialıyıq".
Zaur Əhməd bunu da bildirdi ki, bir neçə həftə öncə PA rəhbəri Ramiz Mehdiyevin yanında jurnalistlərlə keçirilən görüşdə də aydın oldu ki, internet portallarında peşəkarlıq çox aşağı səviyyədədir və biz bütün bunları nəzərə alaraq real addım atmaq qərarına gəldik. Onun sözlərinə görə sayt 3 istiqamətdə fəaliyyət göstərəcək. 1. araşdırma, 2.analitika.3. xəbər.
Zaur Əhməd onu da vurğulayıb ki, bu gün araşdırma jurnalistikası yox həddindədir. "Saytın əsas vəzifələrindən biri məhz bu sahəyə üstünlük vermək olacaq. Digər tərəfdən bu gün siyasi tərəf tutmayacaq "Gunpress.az" saytı tək hadisədən xəbər axtarmayacaq, həm də mediada hadisə yaratmaq iddiasında olacaq. Hazırda peşəkar komanda formalaşdırmışam və fəaliyyətə başlayanda bu imzaları özünüzdə görəcəksiniz. Məqsədimiz 3 ay ərzində peşəkar informasiya daşıycısı rolunu üzərimizə götürməkdir. Yaxın günlərdə fəaliyyətimizlə bağlı daha geniş açıqlama verəcəyik" – deyə Z.Əhməd əlavə edib.