Azərbaycanın içib-çəkən futbolçuları hansılardır?

Pul hər şey olmasa da, çox şeyi həll edir. Bizim bəzi futbolçularımız da bu şüarı əllərində bayraq tutaraq pulun qüdrətindən qədərindən artıq istifadə edirlər. Daha doğrusu, bütün sərhədləri aşır, qadağalara məhəl qoymurlar. Azərbaycanlı və ölkəmizə legioner kimi gələn futbolçuların bəziləri idmana və idmançıya yaraşmayan istiqamət götürüblər, meydandakı yarıtmazlıqlarına barlalarda, kafelərdə, yeyib-içməklə, tüstüləməkdə təsəlli tapırlar.

Onlar rəqibə gücünü meydanda yox, gecə klublarında göstərməyə qərar verdilər. Bir çox futbolçu ölkəmizdə bu yolla "getdi". Biz də bu istiqamətdə kiçik bir araşdırma aparmaq qərarına gəldik. Həmin futbolçuların bəzilərinin adlarını təqdim edirk:
1. Mirzağa Hüseynpur
2. Pərdis Fərcad-Azad
3. Ruslan Nəsirli
4. Andrey Popoviç (4-ü də "Sumqayıt"-da olarkən - qəlyan, siqaret və pivə)
5. Jaba ("Bakı" klubu - spirtli içki)
6. Miro Varvodiç ( "Qarabağ" - siqaret)
7. Kamran Ağayev ("Bakı" - siqaret)
8. Branimir Subaşiç (siqaret)
9. Vurğun Fərəczadə ("Kəpəz" - qəlyan)
Bu gün özünü zəhərləyən idmançıdan sabahkı oyunda yüksək performans gözləmək ağılsızlıqdır. Araşdırma zamanı aydın oldu ki, bu futbolçuların əksəriyyəti haqqında mediada yazılar dərc olunduqdan sonra rəhbərliklə tərs düşdülər. Olmazdımı ki, rəhbərlik media işə qarışmadan futbolçunun cəzasını kəssin?! Düzgün strategiyası olan, nizam-intizamı yüksək səviyyədə olan klubun futbolçuları bu cür neqativ hallara yol verməz.
Niyaməddin Şirinov