Azərbaycan Böyük Britaniyanın təhlükəsizliyini necə maliyyələşdirir?

Azərbaycana qarşı ikili standartlar artıq heç kəs üçün yeni xəbər deyil. Bu o qədər adi haldır ki, artıq heç kimi təəccübləndirmir.
Bu mənada son nümunə Böyük Britaniya Şahzadəsi Endryunun Azərbaycanın səfərinə reaksiyadır. Bununla bağlı bəzi Britaniya KİV-ləri "zəhərli" məqalələr yaymağa başladı. Üstəlik, təxminən eyni vaxtda çıxmış məqalələr, demək olar, bir-birini təkrarlayır və bu da onu deməyə imkan verir ki, onların eyni mənbəyi və sifarişçisi var.
Bu ayın əvvəlində Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun Azərbaycana səfərə gəldi. Britaniyalı nazir dövlət başçısı ilə görüşündə Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi. Görüşdə bildirildi ki, iqtisadi inkişaf sahəsində energetika prioritetdir və Britaniyanın BP şirkəti Azərbaycanın əsas tərəfdaşıdır. Həmçinin vacib infrastruktur layihələrinin perspektivləri üzrə fikir mübadiləsi aparıldı.
Nəyə görə Britaniya KİV-ləri Lidinqtonun Azərbaycana səfəri haqqında Şahzadənin səfərinin işıqlandırıldığı kimi şərhlər yazmadılar? Cavab sadədir. İş enerji, ticari-iqtisadi əlaqələr, Britaniya şirkətlərinin Azərbaycanda neft hasilatında iştirakına gəlincə, Bakıdan yaxşı tərəfdaş yoxdur.
Niyə Britaniya KİV-ləri özlərinə belə sual vermirlər: BP hansı ölkənin layihələrindən, kimin neftindən sonradan ölkənin büdcəsinə köçürülən və səhiyyə, təhsil sahələrində sosial xərclərin qarşılanmasına, təhlükəsizliyin təmin edilməsinə, terrorizmlə mübarizəyə yönəldilən vəsaitlər qazanır?
Aydındır ki, hər bir dövlət ona sərf edən siyasi və iqtisadi mövqelərdən çıxış edir. Azərbaycan müstəqil, özünü təmin edə bilən dövlətdir, onun üçün siyasi və iqtisadi məqsədəuyğunluq prinsipi prioritet təşkil edir. Qərb KİV-ləri artıq bunu başa düşməlidirlər.