Bakıda şok olay - Pinəçi azyaşlıya təcavüz etdi

Ağır Cinayətlər Məhkəməsində zorlamaqda təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramil Rüstəmovun cinayət işi üzrə məhkəmə başlayıb.
Hadisə bu ilin avqust ayında Sabunçu rayonunda baş verib. Rayonda ayaqqabı köçkündə təmirçi olan Ramil Rüstəmovun yanına müştəri kimi gələn 15 yaşlı Samirin (ad şərti verilib) zorlamağa cəhd edib. Hadisədən həmən sonra oğlan bu barədə evdəki valideynlərinə deyib.
Samirin valideynləri hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinə şikayət ediblər. Ramil Rüstəmov polis əməkdaşları tərəfindən həbs edilib.
Ramil Rüstəmov Cinayət Məcəlləsənin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham edilir.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən qapalı prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Ramil Rüstəmov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Daha sonra prosesdə azyaşlı ifadə verib. O, bildirib ki, ayaqqabısını təmir etdirmək üçün Ramil Rüstəmovun yanına gəlib. Onun sözlərinə görə, həmin vaxt onu Ramil Rüstəmov zorlayıb.
Məhkəmə iclası noyabrın 27-də davam etdiriləcək.