Yepifançev: "ABŞ-ın Bakıda nəyisə dəyişməsi xəyaldır"

"Cənubi Qafqazda hələlik heç bir dəyişiklik yoxdur".
Bu sözləri açıqlamasında rusiyalı politoloq Andrey Yepifançev söyləyib.
O, Vaşinqtonun Qarabağ məsələsinə münasibətinin soyuduğunu bildirib:
"Regionda köklü dəyişiklər baş vermir. Hazırda Cənubi Qafqazda yalnız səfirlər dəyişilir. Vaşinqton əvvəl Dağlıq Qarabağ məsələsinə neytral yanaşırdı və ancaq səthi bəyanatlar verməklə kifayətlənirdi. Son iki ildə ABŞ-ın Qarabağ məsələsinə yanaşması dəyişib. Vaşinqtonun artıq Bakının problemlərinin həllindəki aktivliyi bir az da azalıb. Bunun səbəbləri isə çoxdur. Ümumiyyətlə, ABŞ-ın səfirini dəyişib, Azərbaycandakı problemləri öz əliylə həll etmək istəməsinə ümid bəsləmək axmaqlıq olardı".