Azərbaycan Premyer Liqasının 6-cı turunun son oyununda səfərdə "Neftçini məğlub edən "Sumqayıtın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalitslərin suallarını cavablandırıb.

Unikal.org Qafqazinfoya istinadən həmin müsahibəni təqdim edir:

"Qələbə qazandığımız üçün çox sevincliyəm. Bu gün məqsədimiz komanda şəkilində oynamaq idi. Başqa komanda olsa idi də, məqsədimiz qələbə qazanmaq idi. Nəyə görə? Çünki "Qəbələ ilə oyundan sonra çox söz-söhbətlər oldu. Bizim bugünkü oyunda uduzmağımız, bizi vuranlara bir işarə olacaqdı. Düzdü, biz də haqsızlığın fərqində idik. Bu gün "Qəbələ ilə oyunu unutdurmaq üçün, o məğlubiyyətin əvəzini çıxmaq üçün meydana çıxmışdıq. Şükürlər olsun ki, qələbə qazandıq. Oyundan öncə sxem çəkdik ki, belə oynayacağıq. İki nəfər qırmızı vərəqə alsaydı da, elə oynayacaqdıq. Uşaqlar bu gün əllərindən gələni etdilər. Bundan sonra bütün oyunların belə olub-olmayacağını deyə bilmərəm. Amma uşaqlar bu gün məşqçilərə qol-qanad verdilər.

-Samir müəllim, bizi vuranlar var dediniz. Kimi nəzərdə tutursunuz?

-Biz "Qəbələ ilə oyundan sonra çox söz-söhbətlərə səbəb olduq. Söyülən də, döyülən də biz olduq. Amma öz tərəfinə fırladanlar da oldu ki, "Sumqayıt nə oynadı, nə də qazansın. Özünüz də görürsünüz, heyətimiz cavanlardan təşkil olunub. Biz başqa cür oynaya bilmərik. Futbolçularımız oyundan-oyuna yaxşı oynamağa çalışırlar. Haqsızlıqla üzləşəndə çox pis oluruq. Mənə bir oyun cəza verən adamlara təşəkkür etmək istəyirəm. Doğrudan da, sağ olsunlar. Həmin vaxt çox əsəbi idim, haqq olunan cəzanı almışam. Məni başa düşdükləri üçün, daha ciddi cəza vermədikləri üçün onlara təşəkkür edirəm.

-Tribunadan oyunu izləmək çətin deyil?

-Tribunadan hər şeyi görə bilirsən. Elə bil ki, ehtiyat oyunçular skamyasında infarkt olursan, tribunada isə iki qat "paraliç keçirirsən. Burdan çox çətindi. Allah heç kimə göstərməsin.

- Siz komandanın başında deyildiniz və qələbə qazandınız. Bəlkə 3-4 gün komandadan ayrı qalasınız...

- Qalaram.

- Keçən oyun heyətin kasad olmasına görə rəhbərlikdən şikayət etmişdiniz. Həmin hadisədən sonra rəhbərliklə görüşmüsünüz?

- Necə soruşacaqsızsa, elə də cavab verəcəm. Əgər komandadan problem varsa, mən bunları deməliyəm.

- Rail Məlikovun yeni mövqeyindəki çıxışından razı qaldınızmı?

- Railin təcrübəsi və keçən oyun Ayazın pis oynaması, bu gün məni məcbur etdi ki, Raili cinahda oynadım. Onun oyunundan çox razı qaldım. Railin komandada olması, mənə bəs edir.

- Amil Yunanova güvənməməyinizin səbəbi nədi?

- Bu oynamamaqlar onun xeyrinə olacaq. Mən bunu sizə əmin edirəm. Onu cəzalandırmaq lazım idi. Ötən oyunlarda müəyyən qədər səhvlər etmişdi. Amil gələcəkdə daha yaxşı olacaq.

- Düşünmürsünüz ki, Amil sizdən küsər?

- Küssə də, Sumqayıtda çox yerdən şor su gəlir, verərik içər (gülür).