Məşhur erməni hüquq müdafiəçisi Vahe Avetyan ötən gün Bakıda, Hava Limanında olub. V.Avetyan - siyasi mühacir və Sarkisyan rejiminin daimi tənqidçisidir, hazırda İsveçdə yaşayır. Bundan başqa, V.Avetyan - Xocalı soyqırımına görə açıq üzr istəmiş azsaylı erməni ictimai xadimlərindən biridir.

Unikal.org bildirir ki, O, AzVision.az -ın suallarını cavalandırıb:

- Azərbaycana niyə gəlmişdiniz?

- Xocalı soyqırımı zamanı həyatını itirənlərin şərəfinə ucaldılan abidənin üzərinə gül qoymaq üçün Azərbaycana gəlmişdim.

- Xocalı soyqırımı haqqında nə düşünürsünüz? Ermənilər nə üçün belə bir dəhşətli faciəni Azərbaycan xalqına yaşatdılar?

- Mən bu faciəni soyqırım aldanırdım və buna görə sizlərdən üzr istədim.

- Erməni gəncləri Qarabağ münaqişəsi ilə bağlı nə fikirdədilər?

- Ermənilər və azərbaycanlılar sülh istəyirlər. Son iki gündə mənə göndərilən minlərlə məktub bunu sübut edir.

- Siz səfər zamanı Azərbaycanı gördünüz. Azərbaycan Respublikasının vətəndaşı olmaq istəyirsiniz?

- Mən yalnız hava limanını görə bildim. Mənim Azərbaycan vətəndaşı olmağıma ehtiyac yoxdur. İkili vətəndaşlığım var. Həm İsveç, həm də Ermənistan vətəndaşıyam.

- Kəlbəcərdə girov götürülən azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı nə düşünürsünüz? Bu barədə erməni ictimaiyyətinin fikri necədir?

- Mən də onların yaxınlarının qəbirlərini ziyarət etmək üçün ora getdiklərini eşitmişəm. Bu, utancverici haldır. Düşünürəm ki, hər iki ölkə insanların öz qohumlarının məzarlarını ziyarət etmələri üçün şərait yaratmalıdır.

- Erməni ictimaiyyəti sizin Azərbaycana bu səfərinizlə bağlı nə düşünür?

- Bu, mənim üçün maraqlı deyil. Onların mənim barədə nə düşünəcəyi vecimə deyil.

- Tarixi baxımdan yanaşsaq, "Hayastan adlı dövlət olmayıb, həmin ərazilər Qərbi Azərbaycan torpaqlarıdır. Bununla razısınızmı?

- Mən tarixçi deyiləm. Ancaq fikirləşirəm ki, bu, belə deyil. Bu gün insan haqları və tarix arasında heç bir bağlılıq yoxdur.