Bəsti İsmayılova: "Borc ödənilməssə Azadlıq qəzetini məhkəməyə verəcəyimiz istisna deyil

Bildergebnis für bəsti ismayılova nəşriyyatAzərbaycan Nəşriyyatının direktor müavini Bəsti İsmayılova Unikal.org-a qısa müsahibə verib. O, müsahibəsində "Azadlıq qəzetinin borc məsələsinə də toxunub.

-Bəsti xanım, əvvəlki illərə nisbətən qəzetlərin borclanması məsələsi xeyli azalıb. Hazırda nəşriyyata ən çox borclu olan qəzetlər hansılardır?

-"Azadlıq qəzetinin 2016-cı il iyunun 1-nə qədər Nəşriyyata olan borcu qalmaqdadır.

-Bəs indiyənədək ödəniş olunmayıb?

-Xeyr. Heç bir ödəniş olunmur. "Azadlıq qəzeti çap və kommunal xərclərinə görə borcu hələ də ödəmir. Baxmayaraq ki, Nəşriyyatın rəhbərliyi borcun ödənilməsi üçün redaksiyaya dəfələrlə xəbərdarlıq edib.
Hələlik qəzetin çapı dayandırılıb. Bəlkə qəzet bərpa olduqdan sonara borcunu ödəyər. Hələlik gözləyirik. Ona görə məhkəməyə verməmişik.

-Əgər ödəniş olmasa hansısa tədbir görmək fikriniz varmı?

-Hələlik gözləyirik. Ödəniş olmassa yəqin ki, Azadlıq qəzetini məhkəməyə verəcəyik.

-Manatın dollar qarşısında ucuzlaşması fonunda gələcəkdə qəzetlərin çapında bahalaşma gözlənilirmi?

-Bu bizdən aslı olmayan məsələdir. Poliqrafiya materiallarının qiymətində bahalaşama var. Hazırda qəzetlərin çapının qiymətini bahalaşdırmağı nəzərdə tutmuruq.

-Reket qəzetlərin Nəşriyyatdan çıxarılması məsələsi nə yerədir?

-Azərbaycan Nəşriyyatının binasında reket qəzetlər yoxdur. Bu cür qəzetlər binadan çıxarılıb.