Öpüş dostluğun, sevginin rəmzi hesab olunur. Buna görədir ki, insanlar bir-birlərinə olan sevgilərini məhz bu yolla bildirirlər. Bəziləri təsadüfən çəkilsə də, elə şəxsiyyətlər də olub ki, öpüşlə dünyaya barış, bərabərlikmesajınıverməyə çalışıblar.

Unikal.org tarixə keçən həmin fotolardan bir neçəsini təqdim edir:

"Life" dərgisinin üz qabığında verilən foto -Qlen MkDaffi adlı bir əsgər İkinci Dünya Müharibəsinin bitməsini "Times Square"də (Nyu-Yorkda meydan) bir tibb bacısını öpərək qeyd edir. İllər sonra jurnal onu taparaq həmin meydanda fotosunu çəkir, lakin bu dəfə tibb bacısı olmur.


Fələstinin mərhum lideri Yasir Ərəfat ilə İranın mərhum lideri Ayətullah Xomeyni -Fələstin lideri ənənəyə uyğun olaraq Xomeyninin saqqalından öpür.


ABŞ prezidenti Corc Buş və jurnalist Ceff Cenon -Prezident təşəkkürünü onun alnından öpərək bildirir.


Aktyor Edrien Broudi və keçmiş model və aktrisa Helli Berri -"The Pianoçu" filmi ilə "Ən yaxşı aktyor" nominasiyası üzrə ən gənc yaşda "Oskar" alarkən Broudi sevincindən Berrini öpür.


Aktyor Riçard Gir və hindli Şilpa Şetti -Aktyorun Riçard Girin İngiltərədə yayımlanan evlilik verlişlərinin birində əslən hindli olan Şilpa Şetti ilə öpüşməsi Hindistanda etirazla qarşılanıb. Bu hərəkətinə görə, Hindistan məhkəmələrindən biri onun haqqında tutulma qərarı çıxartdıqdan sonra aktyor üzr istəmişdi. Bu, diplomatik gərginliyə səbəb olan öpüşmə kimi tarixə keçib.


"Qardaş öpüşü"

SSRİ dövlət xadimi Leonid Brejnev və Almaniya Demokratik Respublikasının rəhbəri Erik Honnoker -Bu tarixi öpüş sonradan rəssam Dmitriy Vrubel tərəfindən "Qardaş öpüşü" adı altında Berlin divarlarına həkk olunur.

"350 minlik öpüş" -60-cı "Kann Film Festivalı"nda AİDS-lə mübarizə aparmaq üçün təşkil olunan hərracda bir pərəstişkarı aktyor Corc Klunini öpmək üçün 350 min dollar ödəyib.

"Müsəlman-yəhudi yaxınlaşması"-İran İslam Respublikasının eks-prezidenti Mahmud Əhmədinejadravvini öpür.


Bill və Hillari Klinton -Keçmiş ABŞ prezidenti ilə xanımı arasında romantika. Öpüşmədən bir saniyə öncə...


ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama


Müğənni Con Lenon və xanımı Yoko Ono-axşam.az