Günel Fərhadovanın 30 yaşı var. Əslən Şuşadandır. Ailəsi ilə birgə Ağcabədidə məskunlaşıb. Birinci Qarabağ savaşında Laçın uğrunda gedən döyüşlərdə şəhid olan Nemət İsmayılovun nəvəsidir.

Unikal.org apa.tv-yə istinadən xəbər verir ki, gənc ana dörd ildir qan xərçəngindən əziyyət çəkir. Hazırda müalicəsini B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda davam etdirir: "Dörd il əvvəl aşkarlanıb bu xəstəlik məndə. Nəfəs ala bilmir, təngnəfəs olurdum. Diş diblərində kəskin qanaxmalar olurdu, birinci mərhələnin müalicəsi çox ağır keçdi. Həkimlərin köməyi ilə ayağa qalxdım, amma yenə qayıtdı".

Günel Fərhadovanın xəstəliyinin ilkin mərhələsi övladını dünyaya gətirdikdən doqquz ay başlayıb: "Qan analizlərindən bəlli oldu ki, leykozdur. Müalicə olundum. Evdə oldum, övladıma baxdım. Mütəmadi olaraq müalicələrə gedib gəlirdim. Hər üç aydan bir yoxlanırdım".

İlk kursdan etibarən remisiya əldə olunan xəstədə dörd ildən sonra kəskin ağırlaşma baş verir: "Kəskin ağrılarım var sinəmdə və kürək hissəmdə. Özümü pis hiss edirəm, halsızlıq var. Müayinə olundum, həkim məsləhəti ilə analizlər verdim. Yenidən leykoz aşkarlandı".

Günelin 5 yaşında Nilufər adlı bir qızı var. Deyir ki, həyat yoldaşı xəstə olduğunu öyrəndikdən sonra ailəsini tərk edib. Dörd ildir nə övladı, nə də Günelin səhhəti ilə maraqlanır. 2013-cü ildən ayrılmalarına baxmayaraq, aliment də vermir: "Xəstə olduğumu öyrəndi və ayrıldıq. Heç bir dəfə də maraqlanmayıb. Övladıma anamgil baxır".

Qan xərçəngindən əziyyət çəkən Günel övladını valideynlərinin evində, xəstəliyə görə aldığı 140 manat müavinətlə dolandırır. Sağlamlığına qovuşmaq üçün isə imkanlı şəxslərdən kömək gözləyir: "İmkanlı şəxslərdən müalicəm üçün kömək istəyirəm. Köməksizəm. Övladım üçün sağalıb ayağa qalxmaq istəyirəm".

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elmi işçisi Mahmud Mahmudovla da görüşdük: "Ağ qan xəstəliyindən əziyyət çəkir. Tibbi terminlə desək, leykozdur. Bununla bağlı xəstənin özü də məlumatlandırılıb. Hüceyrələrin sayı az olduğu üçün təkrar sümük iliyinin analizini etməmişik. Təxminən iki həftədən sonra ortalama dövründən sonra, bəzən isə 4-6 həftə içərisində yoxlanılır. Hazırda Günelin xəstəliyinin ikinci mərhələsi üçün müəyyən preparatlar lazımdır. Səhiyyə Nazirliyi tərəfindən institutumuza verilən preparatlar kifayət etmir".

Hazırda Günel Qabil qızı Fərhadovanın adına "Kapital Bank"da hesab nömrəsi açılıb.

Günel Qabil qızı Fərhadova

Benefisiarın Bankı: Kapital Bank ASC Nərimanov Filialı

Filial kodu: 20 00 93

VÖEN: 99 0000 36 11

SWIFT kod: AHBAZ2X

Müxbir hesabı: AZ 37 NABZ 01350100000000001944

Hesab â„–:AZ 27 AHB 410 100 194 401 023 951 09

Köməyinizi əsirgəməyin!