Çində qızlar ailələrinin onlara 'Evlən qızım' deyə təzyiq etmələri səbəbindən qeyri-adi xidmət təsis olunub.
Unikal.org xəbər verir ki, artıq bu ölkədə qızlar özlərinə icarəyə ər götürə bilirlər. Bunun üçün artıq Çində "kirayə ər" agentliyi yaradılıb. Belə ki, qızlar Baihe.com saytına daxil olmaqla müəyyən ödənişlər əsasında özlərinə "kirayə ər" seçə bilirlər.
Xoşbəxt bir cədvəldə qiymətlər belə göstərilib. Qızın ailəsinə yeməyə getmək beş dollar, yemək əsnasında qızın yanağından öpmək səkkiz dollar civarındadır.
Ailəsindən ayrı şəhərdə yaşayan 'evlilik yaşına gəlmiş' qadınlar valideyinlərinin təzyiqlərindən qurtarmaq üçün müvaffiq müqavilə əsasında "kirayə" yolu ilə kişilərlə saatlıq və yaxud günlük ailə həyatı qururlar.
Evlilik Baskısı Sebebiyle Kiralık Koca Arıyorlar

Saatlıq ya da günlük kirayə tutulan ərlər yeni il üçün ailələrinin yanına gedən Çinli qadınları təzyiqlərdən xilas edir. Bu xidməti istifadə qadınlardan biri olan Ding Na deyib ki, 30 yaşında olmasına baxmayaraq hələdə subaydır. Qardaşlarım və qohumlarım mənə davamlı nə zaman evlənəcəksən deyə soruşur. Bu təzyiqlə yaşamaq çox çətin olduğu üçün mən bu yoldan istifadə etdim. 

Evlilik Baskısı Sebebiyle Kiralık Koca Arıyorlar