2013-cü ildən mətbuatımızın üz qabığında çevrilən Sergey və onun arabada böyütdüyü oğlu Mikayıl yenə də zibil yığıb satmaqla məşğuldurlar.

Unikal.org xəbər verir ki, Sergey övladını arabada yerləşdirdiyi karton qutuda oturdub, kirayə haqqını və gündəlik tələbatlarına xərcləyəcək pulu küçələrdən şüşə butulkalar, dəmir, sellofan, çörək qırıntıları yığaraq bazarlara təhvil verməklə çıxarır.

Sergey Mikayıl adlı oğlunu hara gedirsə özüylə aparır. Əvvəllər Sergey dövlət tərəfindən onun övladının əlindən alınacağı qorxusu olsada artıq bunun geridə qaldığını bildirib.  Çətinliklədə olsa Sergey övladına baxdığını və onu hər şeylə təmin etdiyini deyib. 

Qeyd edək ki, Mikayılın anası ürək çatışmazlığından dünyasın dəyişib. Elə o vaxtdan da ata-bala belə bir həyat tərzi sürməyə başlayıblar.