Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən "Qarabağ - "Sumqayıt matçında kütləvi dava baş verib.

Unikal.org-un yenicag-a istinadən əldə etdiyi məlumata görə, buna qonaq komandanın azarkeşlərinin Ağdam təmsilçisinin fanatlarına qarşı təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Nəticədə tərəflər arasında dava düşüb. Məsələyə müdaxilə edən polis əməkdaşları "Qarabağ Ordusu azarkeş qrupunun rəhbəri Ramiq Quliyevlə ağdamlıların rəsmi fan-klubunun rəhbəri Elvin Süleymanovu saxlayıb. Hər iki azarkeş Sabunçu rayon 12-ci polis bölməsinə aparılıb.