Bayram günləri ərəfəsində təkcə Bakıda 11 nəfər düzgün qidalanmadığına görə, xəstəxanalara müraciət edib.

Unikal.org bildirir ki, onların hamısında mədə-bağırsaq pozğunluğu və qida zəhərlənmələri aşkar edilib. Xəstələrin bəziləri müayinə olunaraq evə buraxılıb, bəziləri isə xəstəxanda müalicələrini davam etdiriblər.

Həkimlərin sözlərinə görə, mədə bağırsaq pozğunluqlarının və zəhərlənmələrin əsas səbəbi bayram günündə bişən yeməklərin bir neçə gün yeyilməsidir. Həkim-dietoloq Arzu Həsənova insanlara bayram günlərində bişirilən yeməkləri 1 gündən artıq yeməmələrini tövsiyyə edir. Çünki köhnə yeməklərin yenidən isidilməsi bir sıra fəsadlara səbəb ola bilər.

Bu ərəfələrdə xüsusən də moyenez və turşu tərkibli salatlardan da maksimum az istifadə etmək lazımdır.

Odur ki, bu ərəfələr mədə-bağırsaq pozğunluqları və zəhərlənmələrdən uzaq olmaq üçün qəbul etdiyiniz qidalara diqqət edin. /xezerxeber.az