Bakıda mağazadan oğurluq olub.

Unikal.org xəzərxəbər-ə istinadən məlumat verir ki, hadisə Binəqədi rayonundakı paltar mağazalarından birində baş verib. Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.

Kadrlardan aydın görünür ki, orta yaşlı bir kişi mağazaya daxil olaraq guya paltarlara baxır.

Satıcı Fənarə Səbzəliyevanın digər müştərilərə başının qarışdığını görən şəxs kassanın yanında olan mobil telefonu götürərək cibinə qoyur. Daha sonra yenidən paltarlara baxır. Bir müddət sonra isə mağazadan çıxıb gedir. Zərərçəkmiş satıcı fənarə səbzəliyvanın sözlərinə görə, ona təxminən 270 manat zərər dəyib.

Hadisə ilə əlaqədar zərərçəkmiş polisə də müraciət edib. İndi görüntülər əsasında polis həmin şəxsi axtarır.