Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini 3 yaşlı Müseyib Nəsibli məşhur mahnını özünə uyğun tərzdə parodiya edib.

Bir müddət əvvəl Vüsal Rzasoy adlı gəncin "Ayə, harya gedersən, ayə" ifası Azərbaycan sosial mediasında uzun müddət gündəmi zəbt etdi. Sonradan bu ifa ilə bağlı çoxlu vaynlar və parodiyalar çəkildi. Bu günlərdə sosial şəbəkələrdə yayılan 3 yaşlı Müseyib Nəsiblinin valideynləri tərəfindən çəkilən görüntüsü isə mövzu ilə bağlı ən şirin parodiya hesab oluna bilər.

Unikal.org xəbər verir ki, sözügedən videodan sonra Sputnik Azərbaycan-ın bölgə müxbiri Nəsibovlar ailəsinin qonağı olub. Üç yaşlı Müseyibin digər bacarıqları ilə bağlı video süjet hazırlayıb.