ABŞ-ın Şimali Karolina ştatında "Shallotte River Swamp Park" Milli Parkında alliqatorlar (timsah) su ilə birgə donublar.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, onlar yuxuya dalıblar və bilərəkdən burun və ağız hissələrini suyun üzərinə çıxarıblar.

Milli parkın nümayəndələri bildirirlər ki, temperatur yüksələn kimi, alliqatorlar oyanacaq.

Qeyd edək ki, son həftələr ABŞ-ın bir sıraştatlarında şaxtalı hava hökm sürür vəqar yağır. Havanın temperaturu -30 dərəcəyə qədər enib, donanlar var.