Sosial şəbəkələrdə yayılan video izləyənlərin marağına səbəb olub. Görüntülərin Rusiyada çəkildiyi ehtimal edilir.

Unikal.org avtosfer.az-a istinadən bildirir ki, qarlı havada polis yolu keçmək istəyən uşağa kömək edir. Piyada keçidindən keçərkən avtomobilin gəldini görən polis əməkdaşı özünü maşının qabağına verir və uşağı avtomobiin vurmasının qarşısını alır. Avtomobil polisi vurub yolun kənarına atır. Uşaq isə onun qucağında heç bir xəsarət almır.