ARB TV-də yayımlanan "Sayqa ilə bu axşam proqramında qalmaqal yaşanıb.

Unikal.org xəbər verir ki, qalmaqal rəqqasə Oksana Rəsulova ilə müğənni Əli Mirəliyev və Zöhrə Abdullayeva arasında baş verib.

Əli Mirəliyevin bəzi müğənnilərə "müğənnicik deməsini Oksanada qıcıq yaradıb. Məsələyə müdaxilə edən Zöhrə Abdullayeva isə rəqqasəyə bildirib ki, illərin sənətkarına irad tutmaq olmaz.

"Müğənnicik dedi əcəb elədi. Biz illərin sənərkarına irad tuta bilərdik?

Daha sonra buna cavab verən Oksana efiri tərk edib.

"Kim irad tutur ki? Mən sizə burada yer vermədim deyə belə edirsiz? Mən "müğənniciklər sözünə irad tuturam. Mən kiminsə xoşuna gəlsin deyə danışmıram. Dekabr ayında 35 yaşım tamam oldu. Bilməyənlər bilsin ki, mən 25 yaşında qız deyiləm. Mən hər zaman böyüklərin hörmətini saxlamışam. Bu mənim şəxsi fikrimdi. Hörmətlə qəbul edəcəksiniz və mən buradan gedirəm