Bakıda qanunsuz fəaliyyət göstərən kazino aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov sosial şəbəkədə məlumat verib. O qeyd edib ki, Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin 27 yanvar 1998-cı il tarixli, â„–730 saylı Sərəncamı ilə Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri dayandırılıb.

Buna baxmayaraq Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi, Gülüstan Şadlıq Sarayı ilə üzbəüz, vida mərasim zallarının birinci mərtəbəsində qanunsuz olaraq kazino fəaliyyət göstərir.