Əhmədli metrosunun yaxınlığında yerləşən obyektdə yanğın hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, azxeber.com-a hadisə şahidlərinin göndərdiyi görüntülərdə, ticarət obyektində yanğının başladığı görünür. Yolun ortasındakı yaşıllığın yerində inşa edilən obyektdəki yanğın bir neçə dəqiqə sonra söndürülüb. Hadisə yerinə FHN-nin yanğınsöndürlənləri cəlb edilib.
 
Qeyd edək ki, sözügedən obyektidə inşa edilən obyektin tikintisi zamanı yaxınlıqdakı sakinlər tərəfindən Xətai RİH-nə çoxlu sayda şikayətlər göndərilsə də, bunun heç bir nəticəsi olmamışdı. Ərazidəki yol ayrıcındakı ağaclığın yerinə məhz həmin obyekt inşa edilmişdi.