Koliforniyada maraqlı hadisə baş verib. Yaranmış mənzərəni görənlər təəccübləniblər.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki,sürət həddini keçən sürücü idarəetməni itirib və maşın yolda maniəyə dəyən maşın havaya qalxıb və ikinci mərtəbəsindən içəri girib.

ABŞ polisi işi araşdırıb. Sürücü hadisə zamanı narkotik maddədən istifadə etdiyini etiraf edib.

Qeyd edək ki, hadisə zamanı avtomobildə olan iki nəfər yüngül bədən xəsarətləri alıb.