ARB TV-nin "Sayqa ilə bu axşam proqramının növbəti qonağı əməkdar artist Baloğlan Əşrəfov olub.

Unikal.org xəbər verir ki, müğənni verilişə maraqlı açıqlamaları ilə yadda qalıb. O, 6 ay müəllim işlədiyini bildirib:

"6 ay ədəbiyyat müəllimi işlədim. Ondan sonra gördüm ki, müəllim elə bir sənətdir ki, ona hiylə gəlmək olmur. Gərək vaxtında məktəbdə olasan. Mən yaxşı müəllim olmuşam. Məktəbdə şagirdlər bəzən az gələrdi sinifə. Amma mənim dərsimdə 32 şagird yerinə 40 şagird gələrdi.