"The Real Life Guys adlı "YouTube kanalının müəllifləri adi hamam vannasından və məişət əşyalarından uçan aparat düzəldiblər.

Unikal.org xəbər verir ki, qeyri-adi uçuş aparatının imkanları aşağıda təqdim olunan videoçarxda nümayiş etdirilir.

Blogerlərdən biri evinin yaxınlığında saxladığı vannaya girir və çörəkbişirmə sexinə qədər uçur. Uçuş boyu o, başında dəbilqə pultla aparatı idarə edir. Bir sendviç alıb evə qayıdır.

Videoçarx artıq 370 min dəfə izlənib.