Dünən doğum gününü qeyd edən xalq artisti Aygün Kazımovanı efir vasitəsi ilə təbrik etmək istəyən aparıcı Zaur Kamal istəyinə çatmayıb.

Unikal.org xəbər verir ki, aparıcı canlı yayımda xalq artistinin mobil nömrəsinə zəng edib. Aparıcının 1 dəqiqəlik cəhdi nəticə verməyib. Aygün Kazımova Zaurun zənginə cavab verməyincə, aparıcı "sonra edərik" sözləri ilə vəziyyətdən çıxmağa çalışıb.