Qəbələnin Tikanlı kəndinin sakinləri Qəmərvan çayının üzərində salınan müvəqqəti körpüdən keçərkən sanki "tikan" üstündə keçməli olurlar.

Unikal.org xəbər verir ki, əhali şəhər mərkəzinə getmək üçün Qəmərvan çayının üzərində salınan müvəqqəti körpüdən istifadə edir.

Ancaq yayda su çox olduqda, qışda isə şaxta olduqda burdan istifadə təhlükəli hal alır. Sakinlər çarəni yük maşınlarına pul verib çayı keçməkdə tapıb. Şəhər mərkəzinə aparan alternativ yol isə 50 km uzundur.