Bakıda "ayıq sürücü" öz müştərilərini polisə satır.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, polislə əlbir işləyən "ayıq sürücü" gedəcəyi ünvanı əvvəlcədən DYP-yə bildirir.

Polis isə ünvana çatdıqdan sonra sərxoş sürücünü cərimələmək üçün fürsət axtarır. Kadrlardan da göründüyü kimi DYP maşını məhlə arasında var-gəl edir və şikarını gözləyən aslan kimi səbr edir. Lakin bir neçə dəqiqəlik gecikmə sərxoş sürücünün tora düşməkdən xilas edir. Həmin anlar yaxınlıqdakı müşahidə kamerasına tuş gəlib.

Əslində ssenari bu dəfə "ayıq sürücü" və polisin istədiyi kimi baş tutmayıb. Belə ki, ssenariyə görə müştərinin yaşadığı ünvana çatan "ayıq sürücü" avtomobili səliqəsiz formada park edir. Sərxoş sürücü isə avtomobilin digər maşınların yolunu tutmaması üçün məcbur qalaraq kənara çəkməyə çalışır. Elə bu anda polis maşını sürücüyə yaxınlaşır və içkili avtomobil idarə etdiyi üçün onu cərimələyir.

Sözügedən kadrları təqdim edirik: