Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda partlayış baş verib.

Unikal.org xəbər verir ki, "Radioquraşdırma zavodu ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112 qaynar telefon xəttinə məlumat daxil olub. Yanğın "Üfüq İstehsalat Birliyinin "Radioquraşdırma zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri hadisə yerinə cəlb olunub. Yanğın qısa vaxt ərzində söndürülüb. Əraziyə Xətai rayon polis İdarəsinin əməkdaşlarıda cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla əlaqədar araşdırmalar aparılır.

Partlayış o qədər güclü olub ki, yaşayış binalarını və ətrafdakı ticarət obyektlərini silkələyib.

Hadisənin baş vermə anı sosial şəbəkələrdə paylaşılıb.