Ötən ildən başlayaraq sərxoş sərnişinlərin yaratdığı qalmaqal səbəbindən yubanan, hətta təxirə salınan hava reyslərinin sayı artır. Bu dəfə Moskva-Krasnoyarsk hava reysində insident yaşanıb.

Unikal.org xəbər verir ki, nəzarətçilərin gözündən yayınıb təyyarəyə daxil olan sərxoş gənc yerini tutan kimi siqaret yandırıb. Təyyarə personalının xəbərdarlıqlarına məhəl qoymayan sərnişin arxa oturacaqdakı sərnişinlə yumruqlaşıb. Polis onun qollarına qandal taxmalı olub.

Reys 2 saat yubanıb.