Bakıda "28 Mall ticarət mərkəzi yaxınlığında bədbəxt hadisə baş verib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, ticarət mərkəzi yaxınlığında bir gənc oğlan qıcolma keçirərək huşunu itirib və yerə yıxılıb.

Hadisə nəticəsində gəncin başı yerə dəyib və xəsarət alıb.

Dərhal hadisə yerinə təcili yardım briqadası çağırılıb. Ətrafdakı insanlar həkimlər gələnə kimi gəncə ilkin tibbi yardım göstərib və onu ayıldıb.

Hadisənin görüntüsünü təqdim edirik: