SON XƏBƏRLƏR
18 Sentyabr 2018
19 Sentyabr 2018
Qarabağ ermənisinə ev hədiyyə edən milyarder xanımı kimdir? – FOTOLAR
DÜNYA 23:15 / 24.02.2018
Atası türk, anası moldovalı olan Xenia Deli , dünyaca məşhur müğənni Castin Biberin klipində rol aldığı cəsur səhnələri ilə məşhur olub.

Unikal.org musavat.com-a istinadən xəbər verir ki, 62 yaşlı milyarder Osama Fathi Rabah Al Sharif ilə ailə həyatı quran 26 yaşlı model həyatı ilə dünya gündəmini zəbt edib. Özündən 36 yaş böyük bir adamla evlənən gənc modelin sosial hesabında lüks həyatından paylaşdığı fotolar izləyiciləri tərəfindən böyük maraqla qarşılanır.

Ötən il bir Qarabağ ermənisinə böyük məbləğdə yardım etməsi ilə gündəmə gələn Xenia Deli onu sevənlərin rəğbətini qazanmışdı. Xenia Deli 1989-ci ildə Dağlıq Qarabağda ailəsini itirərək yalqız qalan Mixail Qariyana 1 milyon rubl pul mükafatı vermişdi. Mixail Qariyan bir müddət Azərbaycana gəlib burada yaşayıb, daha sonra Rusiyanın Krasnodar şəhərinə köçüb. 2016-cı ildə də Krasnodardakı dostlarını itirərək evsiz qalan Mixail Qariyan üçün xeyirxah gənclər kampaniya təşkil edib.

"Mişa dayı üçün ev” adlı bu kampaniyanı görən gənc model Mixail Qariyana özünə ev ala bilməsi üçün 1 milyon rubl, təxminən 30 min manata yaxın pul verib.

36 Yaş Büyük Adamla Evlenen Türk Kızı Yaşadığı Hayatla Fenomen Oldu!

Gənc modelin 62 yaşlı milyarderlə ailə qurması da dünyanın gündəmində olmuşdu. Məlumatlara görə, cütlüyün toyuna 1 milyon dollar xərc çəkilib. Bu məbləğ dünya mətbuatında olduqca geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Osama Fathi Rabah Al Sharif "Amiral” adlı holdinqin qurucusu və sahibidir. O, xüsusiə Misirdə geniş biznes imkanları qurub və dünyaca məşhur milyarderlərin siyahısına adını yazdıra bilib.