Suriya prezidenti Bəşər Əsəd qüvvələri Afrinə girə bilməsə də, qoşunlarını Menbiçə daxil edəcəyi iddia olunub.

Unikal.org xarci mətbuata istinadən xəbər verir ki, Afrinə girmək istəsə də "Zeytun budağı əməliyyatı çərçivəsində Türk Silahlı Qüvvələrinin zərbəsinə tuş gələn Əsəd qüvvələrinin bu dəfəki arzusu Menbiçə daxil olmaqdır.

Məlumatı yayan mənbə bildirir ki, artıq Bəşər Əsəd qüvvələrinin Menbiçə daxil olma əməliyyatı razılaşdırılıb:

"Razılaşmaya görə Suriya ordusu bir neçə gün içində Hələbin şimalında yerləşən və DSG tərəfindən nəzarət edilən Menbiçə girəcək".

Qeyd edək ki, Fırat çayının qərbində yerləşən Menbiç 2017-ci ilin avqust ayında YPG-nin qolu sayılan DSG tərəfindən İSİD-dən alınıb. Hazırda DSG tərəfindən nəzarət edilir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçuların yığışa biləcəyi mərkəz kimi, Afrin azad olunduqdan sonra, Menbiçdə də TSQ-nın əməliyyat aparacağını istisna etməyib.