SON XƏBƏRLƏR
18 Sentyabr 2018
19 Sentyabr 2018
"Sumqayıt" səfərdə qələbə qazandı - VİDEO
İDMAN 18:15 / 25.02.2018

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki, "İnter Arena"da "Keşlə" "Sumqayıt"ı qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 2-ci dəqiqədə penaltidən qonaq komandanın futbolçusu Tural Axundov açıb. Bundan 10 dəqiqə sonra "Sumqayıt" daha bir qol vurub. Bu dəfə müdafiəçi Rail Məlikov qapıçı Fərhad Vəliyevlə anlaşmazlıq nəticəsində topu öz qapısına göndərib. Lakin 90-cı dəqiqədə qonaqlar qələbə topunu vurmağa müvəffəq olub. Bu dəfə Rəşad Eyyubov fərqlənib.

Bu nəticədən sonra xallarını 27-yə çatdıran "Sumqayıt" 4-cü pillədə qalıb. 12 xalı olan "Keşlə" isə 7-cidir.