İraq məhkəməsi İŞİD sıralarına qoşulmuş 16 türkiyəli qadını ölüm cəzasına məhkum edib.

Unikal.org «Reuters»-ə istinadən verdiyi xəbərə görə, qadınlar terror hücumlarının törədilməsində terrorçulara yardım göstərdiklərini etiraf ediblər.

Məhkumların məhkəmənin qərarından şikayət vermək hüququna malik olduğu bildirilir.

Türkiyə vətəndaşı olan daha 10 qadın müxtəlif həbs cəzalarına məhkum ediliblər.

Qadınlar uzun müddət İŞİD-in nəzarətində olmuş Mosul və Təl Afar bölgələrində saxlanılıblar.