İki gün öncə işğalının 26-cı ildönümünü qeyd etdiyimiz, Azərbaycanın göz bəbəyi olan Qarabağın qanayan yarası Xocalı şəhərinin yeni görüntüləri yayılıb.

Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, görüntülərdə Xocalının son durumu, nə vəziyyətdə olması əks olunub. Videoda Xocalıda olan yeganə 5 mərtəbəli binanın da görüntüləri yer alıb. Məlumata görə, binada Xocalı bələdiyyəsi və Xocalı tibb məntəqəsi yerləşir.

Vüsal Məmmədzadə adlı "Youtube" istifadəçisinin hazırladığı videomaterialda Xocalıda ermənilər tərəfindən son günlərdə aparılan işlər də əks olunur.

Sözügedən görüntüləri sizlərə təqdim edir: