SON XƏBƏRLƏR
18 Sentyabr 2018
19 Sentyabr 2018
Gürcüstandan Azərbaycana avtomobil idxalı 7 dəfədən çox artıb
İQTİSADİYYAT 11:30 / 19.03.2018
Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 16 mln. 116.0 min dollar dəyərində 876 ədəd avtomobil idxal edilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, həcm baxımından 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 754 ədəd və ya 7,18 dəfə çoxdur. Məbləğ baxımından isə 12 mln. 963,1 min dollar və ya 5,11 dəfə çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində Gürcüstandan xarici ölkələrə 3 mln. 152,9 min dollar dəyərində 122 ədəd avtomobil göndərilib.

Ümumilikdə isə ötən iki ay ərzində Gürcüstandan xarici ölkələrə 37 mln. 979.5 min dollar dəyərində avtomobil ixrac edilib. Bu isə Gürcüstanın ümumi ixracının 8,5%-nə bərabərdir. 2017-ci ilin yanvar-fevral aylarında bu rəqəm 19 mln. 319.8 min dollar dəyərində olub.