İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ olub

Unikal.org xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yeraltı təkanların episentri Ternate adasından 88 km şimal-qərbdə, ocağı 60 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.