"Atletikonun baş direktoru Migel Anhel Hil Marin Antuan Qrizmannın klubda qalmaqla bağlı verdiyi qərarı şərh edib.

Unikal.org xəbər verir ki, Marin Qrizmannın düzgün qərar verdiyini deyib. O, hücumçu ilə qanunsuz danışıqlar aparan "Barselonadan şikayət etməyə hazırlaşdıqlarını da bildirib:

"Bizim hədəfimiz "Atletiko layihəsini daha da möhkəmləndirmək və inkişaf etdirməkdi.

Qrizmann bizdə əsas ulduzdu. "Barselonaya getsəydi, Lionel Messinin əsgəri olacaqdı. "Atletikoda isə tarix yazmaqda davam edəcək.

Biz "Barsadan şikayət də edəcəyik. Bu klubun hücumçumuzla qanunsuz danışıqlar apardığı barədə əlimizdə faktlar var.