Türkiyənin Bodrum şəhərindəki "Medusa gecə klubunda baş vermiş atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Unikal.org-un "Hurriyetə istinadən verdiyi xəbərə görə, dörd şəxs kluba daxil olaraq atəş açmağa başlayıb. İnsident nəticəsində obyektin sahibi Mehmet Sürensey və müğənni Həcər Tülü ölüb.

Yaralananların hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Məlumata görə, hadisə yerindən uzaqlaşan cinayətkarlar bir müddət sonra yol polisi tərəfindən Manisa şəhərində saxlanılıblar.

İnsidentin səbəbləri müəyyənləşdirilir.