Türkiyənin Şanlıurfa rayonunda simit satan 10 yaşlı oğlan uşağının, mindiyi sərnişin avtobusunda naməlum şəxs tərəfindən kəmərlə döyüldüyü görüntülər sosial şəbəkədə sərt reaksiya ilə qarşılanıb.

Unikal.org haberler-ə istinadən xəbər verir ki, polis şübhəlinin kimliyini müəyyən edərək, saxlanılması istiqamətində hərəkətə keçib.