Gəncədə şəhərində qayınatasını və arvadını odlu silahdan açdığı atəşlə qətlə yetirən şəxsin qaynanasına da xəsarət yetiridiyi məlum olub.

Bu bardədə unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, avqustun 18-də Daşkəsən rayon sakini Məsim Məmmədov Gəncə şəhər sakini Namiq Əkbərovun evinə gələrək tüfəngdən açdığı atəşlə ona, keçmiş arvadı İlahəyə və keçmiş qayınanası Arzuya xəsarət yetirib, hadisə yerini tərk edib.

İlahə və Namiq hadisə yerində ölüblər.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi "Winchester markalı tüfəng və 2 ədəd patron götürülüb.