Dünyaca məşhur aktyor Eddi Mörfi və model sevgilisi Peyc Batçerin ikici uşağı dünyaya gələcək. Cütlüyün 2 yaşlı İzzi Un adlı bir qızı var.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, 57 yaşlı aktyor 10-cu övladını qucağına alacaq. 

Onun keçmiş evliliklərindən və sevgilililərindən 8 uşağı var. Beləki, Eddinin keçmiş sevgililərindən iki oğlu (Erik və Kristian), Nikol Mitçellə evliliyindən isə 5 uşağı (Bri, Mayls, Şeyn, Zola, Bella) var. Onun Melani Braundan da Encel Ayris adlı qızı dünyaya gəlib. Lakin Eddi hələ atalıq testi etmədiyi üçün onu övladı kimi tanımır.