Daha bir azərbaycanlı qanuni oğru Rusiyadan deportasiya olunub. Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, İlqar Dmaniskiy kimi tanınan İlqar Əliyev Vnukova aeroprtuna gətirilərək Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb.

Bundan sonra ona Rusuya ərazinə girməyə ömürlük qadağa qoyulub. Bu barədə Rusiya daxili işlər naziri Vladimir Kolokolsevin əmr imzalayıb.

Qeyd edək ki, İlqar Əliyevin bir çox hadisələrdə adı çıkilib. O 2014 -cü ildə Edik Asatryanın "Ded Xasan-ın rezidensiyası sayılan "Starıy Fayton restoranında keçirdiyi oğru "sxodkasına basqın zamanı həbs edilib.

Həmin vaxt onun üzərində narkotik maddə aşkarlanıb, bundan sonra Əliyevə diğərlərinə nisbətən daha çox həbs cəzası verilib.

Bu il aprelin 2-də azadlığa buraxılan Əliyev xarici vətəndaşlar üçün müvəqqəti sığınacağa gətirilmişdi.