Hollivudun məşhur ulduzlarının şəxsi həyatları ziddiyətlərlə doludur.

Unikal.org "ölkə.az"-a istinadən bildirir ki, kamera qarşısında onları hamı görür amma evlərində və bağlı qapılar arxasında nələr olduğunu heç kəs bilmir. Bu gün oxucularımıza dünya ulduzlarının çox qəribə adətləri haqqında məlumat verəcəyik.

Corc Kluni

Hollivud ulduzu bahalı likör kolleksiyası yığır və onu gözü kimi qoruyur. Evdə olmadığı vaxtlarda isə xidmətçilərdən birinin bu likörlərin dadına baxıb-baxmadığını müəyyən etmək üçün şüşələrə işarə qoyur.

Sandra Ballok

Sandra isə 24 saat evin pərdələrini bağlı saxlayır və xidmətçilərinə də xəbərdarlıq edir. İddiaya görə, Ballok evə kiminsə uzaqdan baxdığından qorxduğu üçün belə edir.

Kristen Stüart

Evdə çox siqaret çəkir. Çəkdiyi siqaretləri isə söndürüb zibil qabına atmır. Evin hər yerindən, hətta soyuducudan da siqaret kötükləri çıxır.

Meqan Foks

Dünyanın ən gözəl qadınlarından sayılan Meqan tualetdən çıxanda arxasıyca suyu çəkmir. O, evdə təmizlik işi ilə məşğul olmur, paltarlarını çıxardığı yerdə qoyur.

Bred Pitt

Bred sabun və parfümdən istifadə etməyi xoşlamır. Bunun əvəzinə isə evdə hazırlanmış bir məhluldan istifadə edir. Məhlul isə xoş olmayan qoxu verir. Hətta uşaqları Bredə "iylənmiş ata" deyirlər.

Sindi Krouford

Sindi 2012-ci ildə "Cadillac" şirkətinin reklamına çəklib. Çəkilişdən sonra isə şirkət ona bir avtomobil hədiyyə edib. Krouford isə açarı köməkçisinə uzadıb: "Sən istəyirsən? Mənim bu maşına ehtiyacım yoxdur".

Demi Mur

Demi Mur gözəllik aşiqidir. Buna görə də estetik klinikalara külli miqdarda pul xərcləyir. Mur tək olanda belə işıq düz düşmürsə, güzgüyə baxmır.

Rayan Qoslinq

Köhnə köməkçilərindən biri deyib ki, Rayan sinəsindəki tükləri heç xoşlamır. Buna görə də ayda bir neçə dəfə epilyasiya etdirir.

Cennifer Eniston

Cennifer evdə rahat paltarda gəzməyi xoşlayır. Bir çox hallarda alt paltarı və şəffaf gecə köynəyində qulluqçularının yanında fırlanır.

Kristina Aqilera

Kristina Ceyson Bretmen ilə evli olduğu vaxtlarda köməkçiləri müğənninin "seks paltarları"nı evin müxtəlif yerlərindən yığmaqdan bezdiklərini bildirmişdilər.